Hindistan mediası Rusiya gəmisinin saxlanılması barədə məlumat yayıb
19 İyul 2022 15:56 DünyaHindistan Hərbi Dəniz Qüvvələri üçün silah daşıyan Rusiya yük daşıyıcısı Estoniyanın sahil xidməti şirkəti Bunker Partner OU tərəfindən verilən iddia əsasında Kerala ştatının Koçi limanında məhkəmə qərarı əsasında həbs edilib.
Olaylar.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
İddiaya görə, Rusiyanın MV MAIA-I gəmisi Estoniya şirkətinə təqribən 24 min dollar ödəməyib. Nəşrin yazdığına görə, yükün mövzuya aidiyyatı olmadığı üçün məhkəmə Hindistan Hərbi Dəniz Qüvvələri üçün göyərtədə silahların boşaldılmasına icazə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31