Çin ABŞ-ın Rusiya ilə bağlı təhdidlərinə cavab verib
19 İyul 2022 13:50 DünyaOlaylar.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zhao Lijian ABŞ-ın anti-Rusiya sanksiyaları ilə bağlı Çinə qarşı təhdidlərini qəbuledilməz adlandırıb.
"Çin Ukrayna məsələsində ardıcıl olaraq obyektiv və ədalətli mövqe tutub. Biz Çin tərəfinə qarşı əsassız şübhələrini bildirən və üstəlik, Çini cəsarətlə hədələyən hər kəsə qəti şəkildə qarşıyıq. Ölkəmiz beynəlxalq hüquq normalarına məhəl qoymayan birtərəfli sanksiyalara həmişə qarşı çıxır", - deyə, diplomat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31