Yenidən qapanma və maska gəlir? - Nazirdən AÇIQLAMA
19 İyul 2022 12:34 DünyaTürkiyədə koronavirusa yoluxma hallarının sayı 4-5 həftə öncəyə nisbətdə 40 dəfəyə qədər artıb.
Bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.
O qeyd edib ki, bununla bağlı xəstəxanaların yükü artsa da, onların işində heç bir çatışmazlıq müşahidə olunmur.
Həmçinin nazir, ölkədə yenidən qapanmaların olmayacağını da vurğulayıb:
"Təlaşa düşməyin .İndi hamımız harada maska taxacağımızı və özümüzü harada qoruyacağımızı bilirik. Peyvəndimiz var, dərmanımız var. Yenidən qapanma və oxşar vəziyət yaranmayacaq".
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31