Süleyman Soylunun əmisi oğluna silahlı hücum EDİLDİ
18 İyul 2022 23:40 DünyaTürkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmezə silahlı hücum olub.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 3 güllə yarası alan Dönmez Trabzonda Of Dövlət Xəstəxanasına aparılıb.
Xəstəxana rəsmiləri Dönmezin səhhətinin kritik olduğunu qeyd ediblər.
AKP şəhər sədri Əhməd Çapoğlu mübahisədən sonra Faruk Ulusoyun Sefa Dönmezi tapança ilə vurduğunu bildirib.
Şübhəli Faruk Ulusoyun hadisə yerindən qaçdığı deyilib. Onun tutulması üçün araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31