Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə yola düşüb
18 İyul 2022 22:11 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII Toplantısı və Türkiyə-Rusiya-İran liderlərinin Astana formatında üçtərəfli görüşü baş tutacaq.
Türkiyə Prezidentini səfərdə milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, prezidentin sözçüsü İbrahim Kalın və digər yüksək vəzifəli şəxslər müşayiət edir.
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31