"Taxıl və ərzaq mallarının daşınması planı ümumi prinsiplər üzrə razılaşdırılıb" - Hulusi Akar
18 İyul 2022 21:08 DünyaUkrayna limanlarından taxıl və ərzaq mallarının daşınması planı ümumi prinsiplər üzrə razılaşdırılıb. Biz bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk. Çox güman ki, bu həftə bununla bağlı görüş keçiriləcək.
Olaylar.az bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkə daxilində və xaricində göstərilən fəaliyyətlər barədə danışan nazir Akar hazırda Türkiyə Silahlı Qüvvələrinin gərgin bir dövrdən keçdiyini qeyd edib.
İndiyədək verilən bütün tapşırıqları böyük uğurla yerinə yetirdiklərini vurğulayan nazir son terrorçu məhv edilənədək fəaliyyətlərini eyni qətiyyətlə davam etdirəcəklərini deyib
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31