"Ukrayna ordusunda cəmi 12 sistem olacaq" - AÇIQLAMA
18 İyul 2022 20:40 DünyaUkraynada istifadə edilən ABŞ-ın HIMARS yüksək mobil artilleriya sistemləri Rusiya ilə cəbhə əməliyyatlarına dolayı olsada lakin əhəmiyyətli təsir göstərir.
Olaylar.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun saytında bildirilir.
"M142 HIMARS sistemi bir anda bir neçə yüksək dəqiqlikli raket buraxmağa imkan verir. ABŞ artıq Ukraynaya səkkiz sistem verib, keçən həftə isə biz daha dörd sistem göndərəcəyimizə söz vermişdik. Ukrayna ordusunda cəmi 12 sistem olacaq", deyə nəşr qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31