“Starlink” Rusiya raketlərinə görə dəfələrlə manevr etdi

"Starlink" peyk internetinin istehsalçısı "SpaceX" şirkəti Rusiyanın ötən il peyk əleyhinə raketi sınaqdan keçirməsindən sonra öz aparatlarını 1700 dəfə manevr etməli olduğunu açıqlayıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu sınağı zamanı Rusiya peykinin məhv edilməsi nəticəsində əmələ gələn zibil buludu ilə toqquşmanın qarşısını almaq üçün edilib.

Həmçinin, bildirib ki, 2021-ci ilin dekabr ayının əvvəlindən 2022-ci ilin may ayının sonuna qədər şirkət öz peyklərinin bir-biri ilə və ya digər operatorlara məxsus kosmik aparatlarla toqquşma riskini azaltmaq məqsədilə 6873 manevr həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31