Meymunçiçəyinə qarşı peyvənd üçün növbə yarandı

Nyu-Yorkda meymunçiçəyinə qarşı peyvənd olunmaq istəyənlərin uzun növbəsi yaranıb.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, peyvəndləmə mərkəzlərində sıxlıq kifayət qədər ciddidir. Ötən gün cəmi 7 dəqiqə ərzində 9200 nəfər onlayn növbə götürüb. Artıq 21 500 doza vaksin vurulub. Peyvənd olunmaq istəyənlərin əksəriyyəti 20-40 yaş arası olan şəxslərdir. 

8 milyon əhalisi olan şəhərdə  meymunçiçəyi sürətlə yayılır. İlk dəfə may ayında aşkar edilmiş xəstəliyə yoluxan Nyu-York sakinlərinin sayı 460-ı ötüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31