"Rusiya döyüş meydanındakı məğlubiyyətdən sonra danışıqlar masasına əyləşməlidir" - Kuleba
18 İyul 2022 18:39 Dünya"Sülh danışıqları yalnız Rusiyanın döyüş meydanında məğlubiyyətindən sonra mümkündür".
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Hazırda Rusiya tərəfinin günahı ucbatından sülh danışıqları aparılmır və bu mövzuda heç kim görüşmür. Hamı başa düşür ki, danışıqlar birbaşa cəbhədəki vəziyyətlə bağlıdır. Mən bütün tərəfdaşlarıma sadə bir şeyi deyirəm - Rusiya döyüş meydanındakı məğlubiyyətdən sonra danışıqlar masası arxasına əyləşməlidir. Əks halda, bu, yenə ultimatum dili olacaq".
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31