Hindistanda avtobus çaya aşıb, ölənlər var
18 İyul 2022 13:18 DünyaHindistanın mərkəzində yerləşən Madhya-Pradeş ştatında sərnişin avtobusunun Narmada çayına düşməsi hadisəsi nəticəsində azı 13 nəfər həlak olub.
Olaylar.az xəbər verir ki, NDTV telekanalının məlumatına görə, qəzaya uğrayan avtobusdakı 15 nəfər xilas edilib. Qəzanın səbəbləri araşdırılır. İlkin məlumata görə, sürücü yolun mürəkkəb hissəsində idarəetməni itirib. Rayon administrasiyanın bir qrup məmuru hadisə yerinə gəlib, yaralılara lazımı yardımlar göstərilməsi üçün tapşırıq verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31