Koronavirusdan ölüm sayı artır

Son bir həftə ərzində dünyada koronavirusa yeni yoluxma hallarının sayı 6,5 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon nəfər çoxdur.
Koronavirusa yoluxma halları aprel ayının əvvəlindəki səviyyəyə yüksəlib.
Virusdan ölüm hallarında da kəskin artım var. Son yeddi gündə dünyada əvvəlkilərlə müqayisədə 1,5 dəfə çox insan ölüb.
Yeddi gündə COVID-19-dan dünyada 17,6 min nəfər ölüb ki, bu da ötən həftə ilə müqayisədə 6,1 min nəfər çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31