Cennifer Lopez və Ben Afflek gizli evləndilər
18 İyul 2022 12:09 DünyaCennifer Lopez və Ben Afflek gizli şəkildə evləniblər.
Olaylar.az xəbər verir ki, bu barədə xarici media mövcud məhkəmə sənədlərinə istinadən xəbər yayıb.
Məlumata görə, cütlük Nevada ştatının Klark dairəsindəki məhkəmədən nikah şəhadətnaməsi alıb. Burada həyat yoldaşlarının rəsmi adları var - Benjamin Qeza Afflek və Cennifer Linn Lopez.
Evlilik faktını cütlüyə yaxın mənbə də təsdiqləyib.
Bundan əvvəl Cennifer Lopezin barmağında nişan üzüyü görünüb - müğənni 14 yaşlı qızı Emma ilə mebel mağazasında alış-veriş edərkən paparassilər onun şəklini çəkə biliblər.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31