Qazaxıstanda qəza baş verib, 8 nəfər ölüb

Qazaxıstanın Uralsk şəhərində baş verən qəzada 8 nəfər ölüb. 

Olaylar.az xəbər verir ki, yerli "My City" portalının verdiyi məlumata görə, onların arasında iki uşaq da var.

Qeyd edək ki, Uralskda dolama yolda "Nissan" markalı avtomobil ilə "Lada" markalı avtomobil  toqquşub. Birinci avtomobildə yalnız sürücü, ikincidə beş böyük və iki azyaşlı olub.
Uralsk administrasiyasının yerli polis idarəsinin rəis müavini Konstantin Nedopekin mediaya bildirib ki, "Nissan"ın sürücüsü ötmə əməliyyatı edərkən qarşıdakı zolağa çıxıb və toqquşma törədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31