ABŞ-da silahlı şəxs ticarət mərkəzində insanlara atəş açdı: Ölənlər və yaralılar var
18 İyul 2022 10:19 DünyaABŞ-ın İndiana ştatının Qrinvud şəhərindəki "Greenwood Park" ticarət mərkəzində atışma nəticəsində dörd nəfər həlak olub.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "RBC"-nin məlumatına görə, silahlı şəxs ticarət mərkəzində restoranın həyətində tüfəngdən atəş açıb. Şahidlər azı 30 atəş səsi eşidiblər.
Öldürülənlərdən biri atəş açan şəxsdir. O, silahlı vətəndaş tərəfindən güllələnib. Daha iki nəfər güllə yarası alıb və xəstəxanaya aparılıb.
Polis ticarət mərkəzinin tualetlərinin birində şübhəli bel çantası tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31