ABŞ-da iki təyyarə havada toqquşub: Dörd nəfər həlak olub - VİDEO

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki beynəlxalq aeroportda iki təyyarənin havada toqquşması nəticəsində dörd nəfər həlak olub. 

 Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Associated Press"-in məlumatına görə, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

"İlkin məlumatlara görə, "Piper PA-46" eniş edərkən "Cessna 172" ilə toqquşub.

Ölənlərin kimliyi və hadisənin səbəbi barədə hələlik məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31