"Co Baydenə qarşı impiçment prosedurlarına başlamağa hazırdırlar" - "Newsweek"
16 İyul 2022 23:21 DünyaABŞ Respublikaçılar Partiyasının üzvləri 2022-ci ildə keçiriləcək aralıq Konqres seçkilərində uğur qazansalar, prezident Co Baydenə qarşı impiçment prosedurlarına başlamağa hazırdırlar.
Olaylar.az bildirir ki, bu barədə "Newsweek" jurnalı xəbər verib.
Məlumata əsasən, bir sıra respublikaçılar artıq С.Baydenin səlahiyyətlərinin götürülməsinə başlamaq niyyəti barədə xəbərdarlıq ediblər. Respublikaçılar nümayəndələrinin, C.Baydenin oğlu Hunterlə bağlı qalmaqallar və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması da daxil olmaqla, impiçment axtarmaq üçün tutarlı səbəbləri var.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31