Gürcüstana NATO tərəfindən xüsusi status verildi

Şimali Atlantika Alyansı Gürcüstana NATO-nun Aralıq dənizində dəniz təhlükəsizliyini təmin etmək əməliyyatında fəal iştiraka görə operativ tərəfdaş statusu verib.

Olaylar.az bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze məlumat verib.

N.Şaradze bu barədə Potidə Gürcüstan Sahil Mühafizəsi Xidmətinin yaradılmasının 24-cü ildönümünün qeyd edilməsi münasibətilə keçirilən tədbirdə bəyan edib.

Gürcüstan sərhəd polisi rəhbərinin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələrinin NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31