Co Bayden və Misir Prezidenti arasında görüş olub
16 İyul 2022 21:28 DünyaOlaylar.az bildirir ki, Körfəz Əməkdaşlıq Şurasının Sammitində iştirak edən Co Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq müzakirə olunub.
Görüşdə Bayden Sisinin rəhbərliyi altında Misirin regionda sülh və təhlükəsizliyin qorunması üçün əhəmiyyətini vurğulayıb.
İkilinin Efiopiya ilə Misir arasındakı Hedasi bənd problemi və Fələstin məsələsinə də toxunduğu bildirilib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31