İspaniyada anomal istilər: 400-ə yaxın insan həyatını İTİRDİ
16 İyul 2022 21:10 Dünyaİspaniyada hökm sürən anomal istilər səbəbindən altı gündə 360 nəfər həyatını itirib.
Olaylar.az xəbər verir ki, Krallığın Səhiyyə Nazirliyinin məlumatına görə, həddindən artıq isti hava iyunun 10-dan 15-dək 360 nəfərin ölümünə səbəb olub. Ən çox ölüm halı cümə günü qeydə alınıb -123 nəfər.
İspaniya dövlət meteorologiya agentliyi regionların əksəriyyətində hava təhlükəsinin səviyyəsini sarı (təhlükə) və narıncıyadək (yüksək təhlükə) qaldırıb. Ayrı-ayrı əyalətlərdə isə qırmızı - fövqəladə təhlükə səviyyəsi elan olunub. Yaxın günlərdə havanın temperaturunun 45 dərəcəyə çatacağı proqnozlaşdırılır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31