Fransanın 10 min hektardan çox ərazisi KÜLƏ DÖNDÜ
16 İyul 2022 18:42 DünyaFransanın Yeni Akvitaniya və Jironda bölgələrində meşə yanğınları tüğyan edir.
Olaylar.az xəbər verir ki, yanğınlar zamanı 10 min hektardan çox ərazinin külə döndüyü bildirilir.
Sözügedən bölgələrdən 12 min 200 insan təxliyə edilib.
Qeyd edək ki, yanğının söndürülməsinə 1000-dən çox yanğınsöndürənlər cəlb edilib. Yanğını nəzarət altına almaq üçün işlər davam etdirilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31