Vuçiç ukraynalı deputatın təhdidlərinə cavab verib
16 İyul 2022 12:49 DünyaSerbiya prezidenti Aleksandr Vuçiç Ali Radanın deputatı Aleksey Qonçarenkonun təhdidlərinə cavab olaraq Ukraynaya ən xoş arzularını çatdırıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat İzvestiyada qeyd edilib.
"Ukrayna özünü müdafiə edir və mən Ukrayna xalqına ən yaxşısını arzulayıram. Xorvatların qisasına gəlincə, qoy öz işləri ilə məşğul olsunlar", - deyə Vuçiç Pekin-Belqrad aviareysinin bərpası münasibətilə keçirilən görüşdə deyib.
Qeyd edək ki, iyulun 14-də Vuçiç bildirib ki, dünya liderləri Rusiya prezidenti Vladimir Putinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı təkliflərinə məhəl qoymasalar, o zaman dünyada cəhənnəm başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31