Qazaxıstanda qəza baş verib, ölənlər və yaralananlar var

Qazaxıstanda yük maşını ilə avtobusun toqquşması nəticəsində 8 nəfər ölüb. 

Olaylar.az xəbər verir ki, bu barədə Karaqanda vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Alma-Ata-Yekaterinburq avtomobil yolunda baş verib. Alma-Atadan Qaraqanda istiqamətində hərəkət edən "MAN" markalı yük maşını "Mercedes Sprinter" markalı avtobusla toqquşub. Avtobusda 17 sərnişin olub. Hadisə nəticəsində 7 nəfər yerindəcə, digər sərnişin isə təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıb.

İlkin məlumata görə, qəza sürücünün sükan arxasında yuxulamasına görə baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31