384 yapon deputat Rusiyanın qara siyahısına salınıb
16 İyul 2022 12:21 DünyaRusiya Xarici İşlər Nazirliyi yapon siyasətçilərinə qarşı şəxsi sanksiyaların tətbiq edildiyini açıqlayıb. Qara siyahıya Yaponiya parlamentinin Nümayəndələr Palatasının 384 üzvü daxil edilib.
Olaylar.az xəbər verir ki, Ukraynadakı müharibə kontekstində anti-Rusiya mövqelərinə görə yapon deputatların bu il iyulun 14-dən Rusiyaya girişi qadağan edilib.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin sanksiyalara məruz qalan yapon parlamentarilərin adlarının siyahısını da dərc edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31