"NATO üzvlərinin yarısı İsveç və Finlandiyanın ərizəsini ratifikasiya edib" - İsveçin xarici işlər naziri

Şimali Atlantika Alyansına (NATO) üzv olan 30 ölkədən 15-i Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib.

Olaylar.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde özünün "Twitter" səhifəsində məlumat verib.

"Bu gün NATO üzvlərinin yarısı İsveç və Finlandiyanın ərizəsini ratifikasiya edib. Ratifikasiya üçün bütün 15 (dövlətə - red.) təşəkkürlər", - siyasətçi yazıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31