Rusiyanın Ukraynada itirdiyi təyyarə və helikopterlərinin sayı açıqlanıb
5 Mart 2022 12:26 DünyaUkraynada 9 gün ərzində Rusiyanın vurulan təyyarə və helikopterlərinin sayı açıqlanıb.
Olaylar.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub.
Bildirilib ki, təkcə martın 4-də Rusiyaya məxsus 3 "Su-25" qırıcısı sıradan çıxarılıb.
Qeyd olunub ki, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən çox helikopter yerləşdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31