Aİ Rusiya ilə əməkdaşlığı və tədqiqat proqramlarını dayandırır

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Zaporojye atom elektrik stansiyasına qəsdən hücum etdiyini və beynəlxalq ictimaiyyətin tədbir görməli olduğunu bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, Zaporojye AES-in Rusiya tərəfindən ələ keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir.

Nazirlik Beynəlxalq Atom Enerjisi Agentliyinə də müraciət edib və qətiyyətli addım atılmasını tələb edib.

"Şəhərlərimizə bombalar düşəndə və əsgərlər qadınlarımızı zorlayanda beynəlxalq hüququn effektivliyindən danışmaq çətindir", - Ukraynanın xarici işlər naziri Kuleba bildirib.

Kuleba reaksiyasını "İndi sual beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı vəhşicəsinə işğalı ilə necə davranacağıdır" şəklində ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31