“ABŞ-da vətəndaş müharibəsi başlayacaq…” – Trampdan sensasion açıqlama

“ABŞ-da vətəndaş müharibəsi başlayacaq…” – Trampdan sensasion açıqlama

ABŞ Prezidenti Donald Tramp impiçment olunacağı təqdirdə bunun ölkə daxilində vətəndaş müharibəsinə bənzər qarışıqlıq yaradacağını bildirib.

Olaylar.az xəbər verir ki, Tvitterdə paylaşım edən Tramp ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən impiçment prosedurunun başladılmasına etiraz edib.

ABŞ prezidenti Dallasda bir kilsə rahibi olan Robert Ceffressin bu fikirlərinə istinad edib:

"Demokratlar prezidenti postundan uzaqlaşdırmağı bacarsa, bu, ölkədə xalqımızın heç vaxt öhdəsindən gələ bilməyəcəyi vətəndaş müharibəsinə oxşar bir qarışıqlığa yol açacaq".

Tramp eyni zamanda, impiçment proseduruna yol açan kəşfiyyatçının kimliyini üzə çıxarmağa çalışdığını bildirib. O, hesabatdakı məlumatların yanlış olduğunu söyləyib.

Donald Trampın iyul ayında Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon görüşündə ona keçmiş Rusiya istintaqı çərçivəsində Co Baydenin oğluna təzyiq etdiyini dediyi iddia olunub.

"Wall Street Journal" isə məlum görüşdə dövlət katibi Mayk Pompeonun da iştirak etdiyini bildirib. "Nyu-York Tayms" isə iddia edir ki, Donald Tramp Rusiya istintaqı çərçivəsində Avstraliya Baş naziri Skott Morrisondan kömək istəyib.

Trampın şəxsi vəkili Rudi Culiyani Zelenski ilə telefon görüşündə dindirilməsi üçün istintaqa cəlb olunub.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31