Domodedovo hava limanında tülkü peyda oldu – VİDEO

Domodedovo hava limanında tülkü peyda oldu – VİDEO

Moskvanın Domodedovo hava limanında tülkü peyda olub.

"Life" xəbər verir ki, baqaj lentində azan heyvanı sərnişinlər lentə alıblar.

Tülkü terminalda bir neçə dəqiqə ora-bura qaçandan sonra hava limanını tərk edib və daha gözə görünməyib.

Üç il bundan əvvəl aeroport ərazisində əməkdaşlar iki tülkü balasını tapıb vəhşi heyvanların reabilitasiyası mərkəzinə təhvil veriblər.  

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31