Belarus rus bazasından imtina edir

Belarus rus bazasından imtina edir

Belarus ərazisində Rusiyaya məxsus hərbi baza yerləşdirilməsinin nə praktiki, nə siyasi, nə də hərbi cəhətdən mənası var.

Olaylar.az  xəbər verir ki, bu sözləri Belarusun Xarici İşlər naziri Vladimir Makey deyib.

Onun sözlərinə görə, hazırda Rusiya-Belarus münasibətlərinin gündəmində sözügedən məsələyə yer ayrılmayıb.

O, həmçinin, Belarus rəhbərliyinin hansısa xarici qüvvənin təsiri ilə qərar qəbul etmədiyini qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31