Məşhur müğənni moda həftəsinə belə qatıldı - Fotolar
Məşhur müğənni moda həftəsinə belə qatıldı - Fotolar
30 Sentyabr 2019 18:29 DünyaMəşhur rep ifaçısı Kardi B. Paris moda həftəsində seçdiyi geyimlə hər kəsin diqqətini öz üzərinə çəkib.
26 yaşlı amerikalı müğənni ingilis dizayner Riaçard Quin hazırladığı yaşıl, ağ və mavi rəngli geyimlərdən ibarət bir kostyum geyərək Eyfel qülləsinin qarşısında foto çəkdirib.
Əllərini və ayaqlarını örtən bu geyimin ən qeyri-adi tərəfi isə geyimin həm saçını, həm üzünü örtməsi olub.
Müğənnini görənlər səsindən belə tanımasa da, geyiminin qəribəliyi diqqətləri onun üzərinə çəkib. Sosial mediada gündəm olan fotoya izləyicilərdən fərqli fikirlər gəlib.
Bəziləri bunun Fransada müsəlman qadınların çarşab bağlamasını qadağan edən qanuna etiraz olduğunu düşünür.



METBUAT.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31