Bu türk ölkəsi də iqlim dəyişməsini qabartdı

Bu türk ölkəsi də iqlim dəyişməsini qabartdı

Mərkəzi Asiya regionu əsrlərboyu yerli əhaliyə təmiz içməli su mənbəyi kimi xidmət edən buzlaqların əriməsi problemi ilə qarşı-qarşıyadır. İqlim dəyişməsi beləliklə ölkədə ənənəvi həyat tərzinə öz təsirini göstərir və kütləvi yerdəyişmələrə gətirib çıxara bilər.

Olaylar.az  xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov BMT Baş Assambleyasının tribunasından bəyan edib.

Onun sözlərinə görə, dağlıq və dənizə çıxışı olmayan bir ölkə kimi Qırğız Respublikasını iqlim dəyişmələrinin fəsadları xüsusilə narahat edir. Aydarbekovun qeyd etdiyi kimi, bu səbəbdən Bişkek "Dağlıq ölkələrin dostları qrupunu" yaradıb. O, həmçinin bildirib ki, hökumət iqlim üzrə Paris sazişini parlamentə ratifikasiya üçün təqdim edib.

O vurğulayıb ki, Qırğız Respublikası su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin tətbiq olunmasına tərəfdardır və ekoloji təmiz elektrik enerjisinin istehsalına üstünlük verir. "İstilik Elektrik Stansiyalarının tikintisi üzrə layihələrin icra edilməsi Mərkəzi Asiya ölkələrinin istilik enerjisinə olan tələbatını təmin edəcək və bütün regionun dayanıqlı inkişafı üçün əlverişli şərait yaradacaq", - deyə Aydarbekov vurğulayıb.

"Mərkəzi Asiya regionunda uran istehsalı zamanı əmələ gələn tullantıların saxlandığı yerlərlə bağlı digər problem də çox mühümdür. 2015-ci ildə çoxtərəfli ekoloji reabilitasiya fondu təsis edilib, ötən il isə Qırğız Respublikası "Mərkəzi Asiyada radiasiya təhlükələrinin qarşısının alınmasında beynəlxalq birliyin rolu" adlı yeni qətnamənin qəbulunun təşəbbüskarı olub", - deyə nazir əlavə edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31