Rusiya, Çin və İran ordularını birləşdirir – Bölgəni silkələyəcək fəallaşma

Rusiya, Çin və İran ordularını birləşdirir – Bölgəni silkələyəcək fəallaşma

Çin Hərbi Dəniz Donanması İran və Rusiyanın birgə təşkil etdiyi hərbi təlimlərdə iştirak edəcək.

Olaylar.az xəbər verir ki, Hind okeanında keçiriləcək təlimlərdə məqsəd dəniz quldurlarına qarşı mübarizəni gücləndirməkdir.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Çin donanması İran və Rusiyanın birgə keçirdiyi manevrlərdə iştirak edəcək.

Açıqlamada Çin Silahlı Qüvvələrinin dünyanın digər ölkələri ilə əməkdaşlıq etdiyi qeyd olunub.

Bundan əvvəl İran və Rusiya Hind okeanında hərbi təlimlərin keçiriləcəyini elan edib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31