Tramp demokratın həbsini istədi
Tramp demokratın həbsini istədi
30 Sentyabr 2019 18:13 DünyaABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Demokratlar Partiyasının üzvü Adam Şiffin həbs edilməsini istəyib.
Olaylar.az xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.
Buna səbəb kimi Tramp Şiffin onun Zelenski ilə söhbətinə dair saxta məlumatlar yaymasını göstərib.
"Xəyanətə görə həbs! O, Zelenski ilə söhbətim barədə saxta bəyanatlar təqdim edir. Bu sözləri həm konqresdəkilər, həm də amerikalılar eşidib. Elə göstərdi ki, sanki bu mənim Ukrayna prezidentinə ən vacib çağırışımdır. Şiffin sözlərinin həqiqətlə heç bir əlaqəsi yoxdur", - Tramp yazıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31