İran danışıqlarla bağlı Səudiyyədən ilk mesajın gəldiyini bildirib
İran danışıqlarla bağlı Səudiyyədən ilk mesajın gəldiyini bildirib
30 Sentyabr 2019 18:11 Dünyaİran rəsmi ər-Riyaddan danışıqlar və bölgədə gərginliyin azaldılması ilə bağlı ilk mesajın daxil olduğunu elan edib...
İran rəsmi ər-Riyaddan danışıqlar və bölgədə gərginliyin azaldılması ilə bağlı ilk mesajın daxil olduğunu elan edib.
Olaylar.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının sözçüsü Əli Rəbii deyib.
Əli Rəbiinin sözlərinə görə ər-Riyad danışıqlarla bağlı Tehrana mesaj göndərib.
Lakin Əli Rəbii əlavə edib ki, bu mesajı bildirən Yəmən müharibəsinin dayandırılması kimi açıq-aydım addım müşahidə edilməlidir.
Qeyd edək ki, Səudiyyə İranla diplomatik əlaqələrini 2015-ci ildən dayandırıb. Cari ayın 14-də Aramco-ya edilən hücumu husilər üzərinə götürsə də Səudiyyə bu hücumun arxasında İranın durduğunu iddia edir.