Dünyanın ən məşhur qida israfı festivalları - Foto

Dünyanın ən məşhur qida israfı festivalları - Foto

Dünyada hər il müxtəlif festivallar keçirilir, amma sizə təqdim edəcəyimiz festivallar israfla müşahidə olunanlarıdır.

Olaylar.az bildirir ki, bu festivallar nə qədər məşhur olsa da həm də qəribədir.

Pomidor festivalı - İspaniya

"Pomidor döyüşləri" kimi tanınan festival 1945-ci ildən bu yana keçirilir. İdeyası uşaqlar arasında olan pomidor döyüşündən sonra yaranıb. 120 ton pomidor istifadə olunan bu festivalda hər kəs qırmızıya boyanır.

Portağal Atma Festivalı - İtaliya
Tarixi orta əsrlərə gedib çıxan bu festival, portağalla silahlanaraq döyüşməkdən ibarətdir. İtalyanın İvrea qəsəbəsində hər il fevral ayından təşkil edilən Portağal Festivalında, iştirakçılar tonlarla portağalı bir-birinə atır. Bu festivalda  250 ton portağal məhv edilir.

Qarpız festivalı - Avstraliya

Tədbir Avstraliyadakı qarpız bazarının dörddə birini istehsal edən Kvinslenddəki Chinchilla-da keçirilir. Qarpız Festivalı çərçivəsində qarpız skating, qarpız atmaq, qarpız adamı daxil olmaqla bir çox fəaliyyət var. Festival  iki ildən bir keçirilir və dörd gün davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31