İngilis kəşfiyyatından Jak Şirak haqda şok iddia - Səddamdan milyonlarla dollar rüşvət alıb
İngilis kəşfiyyatından Jak Şirak haqda şok iddia - Səddamdan milyonlarla dollar rüşvət alıb
30 Sentyabr 2019 16:04 DünyaÜç gün əvvəl vəfat edən sabiq Fransa prezidenti ilə bağlı sensasiyalı iddia səsləndirilib.
Olaylar.az xəbər verir ki, İngiltərənin sabiq kəşfiyyat naziri Riçard Dirlov Jak Şirakın İraq müharibəsinin əleyhdarı olduğunu, lakin bunun səbəbinin İraqın devrilmiş prezidenti Səddam Hüseyndən 6,5 milyon dollar rüşvət alması olduğunu iddia edib.
O vaxtlar İngiltərənin Mİ6 kəşfiyyatının başçısı vəzifəsini tutan Riçard Dirlov həm ingilis, həm amerikan kəşfiyyatının rüşvətdən xəbərdar olduğunu deyib.
Son ölüm xəbərləri Şirakın İraq məsələsində haqlı olduğunu və geri qalanımızın səhv etdiyini deyən Dirlov Fransa prezidentinin 1995 və 2002 seçkilərində istifadə etməsi üçün 6 milyon dollar aldığını qeyd edib.
Dirlov Almaniya kansleri Şröyder və Rusiya prezidenti Putinin də müharibə əleyhdarı olduğunu deyib. Lakin Şirakın bu mövqeyi aldığı rüşvətlə bağlı olub.
Avropa.info