Ermənistanda 4 hərbi maşın toqquşdu: 1 ölü, 13 yaralı

Ermənistanda 4 hərbi maşın toqquşdu: 1 ölü, 13 yaralı

Ermənistanda 4 hərbi yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Report xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə Arteni-Karakert avtomobil yolunda baş verib.

Məlumata görə, Talin-Arteni magistralının 20-ci km-liyində 3 "KamAZ" və 1 "ZİL" markalı avtomobil toqquşub. Bundan sonra mülki vətəndaşları daşıyan avtobus "KamAZ"-ın qoşqusuna çarpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Toqquşan avtomobillərin hamısı Müdafiə Nazirliyinə məxsusdur.

Qəzanın səbəbi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31