Rusiya meşələrində qeydə alınmış bütün yanğınlar söndürülüb
Rusiya meşələrində qeydə alınmış bütün yanğınlar söndürülüb
30 Sentyabr 2019 12:23 DünyaRusiya meşələrində qeydə alınmış bütün yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu barədə Federal Aviasiya Meşə Mühafizəsi Xidməti məlumat yayıb.
Bildirilir ki, ötən sutkalarda Rusiyada 94 ha ərazidə 7 meşə yanğını barədə məlumat daxil olub. Yanğınların söndürülməsinə 100 yanğınsöndürən, 24 texnika və 13 aviasiya qüvvəsi cəlb olunub.
Bununla yanaşı daha iki hava nəqliyyatı vəziyyətə nəzarət edib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31