Jeton üstündə adamı güllələdilər

Jeton üstündə adamı güllələdilər

Türkiyədə bir nəfər parkda qızının yanında tapanca ilə vurularaq öldürülüb.
34 yaşlı bir şəxs qızı ilə parka gedib. Bir az gəzdikdən sonra jeton alaraq oyun aparatlarından istifadə etmək istəyiblər. Qısa müddət sonra adi səbəbdən park işçilərindən biri ilə jeton üstündə mübahisə başlayıb. Mübahisənin böyüməsilə park işçisi silahını çıxararaq qarşısındakı şəxsə qızının gözləri önündə atəş açıb. Hadisə yerinə təcili yardım maşını çağırılıb və yaralı xəstəxanaya çatdırılıb. Xəstə, bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31