14 yaşlı qızlarının otağına girən valideynlər dəhşətə gəldilər - FOTO
14 yaşlı qızlarının otağına girən valideynlər dəhşətə gəldilər - FOTO
30 Sentyabr 2019 12:01 DünyaMəktəbli mobil telefonla mahnıya qulaq asarkən ölüb.
14 yaşlı qız cərəyan mənbəyinə qoşulu vəziyyətdə olan smartfonunun partlaması nəticəsində dünyasını dəyişib.
Dəhşətli hadisə Qazaxstanın Bastobe vilayətində baş verib. Yatağında uzanmış vəziyyətdə mahnıya qulaq asarkən telefonu partlayan Alua Asetkyzy Abzalbekin həyatını xilas etmək mümkün olmayıb.
O, gecə ölsə də, validenyləri qızlarının öldüyünü səhər saatlarında biliblər.
Qeyd edək ki, partalayan smartfonun markası açıqlanmır, lakin, fotodan onun "iPhone" modeli olmadığı aydın görünür.
milli.az



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31