Lunaparkda faciə: 2 ölü, 2 yaralı - VİDEO

Lunaparkda faciə: 2 ölü, 2 yaralı - VİDEO

Lunaparkda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Meksikanın paytaxtı Mexiko şəhərindəki Lunaparkda "Roller coaster" karuselinin reysdən çıxması nəticəsində 2 nəfər ölüb.

Gecə saat 1-də, "La Feria de Chapultepec" parkında baş verən hadisəyə görə 2 qadın ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırlıb.

WOFL-TV-nin məlumatına görə, ölənlərin ikisi də kişi cinsi nümayəndəsidirlər və onların 18, 21 yaşları var.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31