Lukaşenko da Paşinyanla görüşməyəcək – Belarus başçısı İrəvana gəlir
30 Sentyabr 2019 11:19 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Birliyinin (EAEU) iclasında iştirak etmək üçün bu gün Ermənistana gələcək.
Olaylar.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Aleksandr Lukaşenko sentyabrın 30-dan oktyabrın 1-dək Ermənistana işgüzar səfər edəcək.
Səfər çərçivəsində Belarus və Ermənistan dövlət başçılarının geniş tərkibdə görüşü gözlənilir və iclasın gündəliyinə təxminən on məsələ daxildir. Müzakirə olunacaq məsələlərin nədən ibarət olduğu açıqlanmayıb.
Lukaşenkonun İrəvanda olarkən erməni həmkarı Armen Sərkisyanla görüşəcəyi bildirilsə də onun Baş nazir Nikol Paşinyanla görüşəcəyi haqda məlumat verilməyib.
Bundan əvvəl Avrasiya Birliyinin iclasında iştirak etmək üçün Ermənistana gələcək Rusiya Prezidenti Vladimir Putinin də Paşinyanla görüşməyəcəyi açıqlanmışdı.
teleqraf.com