ABŞ-da fövqəladə vəziyyət elan olundu - SƏBƏB

ABŞ-da fövqəladə vəziyyət elan olundu - SƏBƏB

ABŞ-ın Montana ştatında tüğyan edən güclü qar qasırğsı fəsadlara yol açıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, qasırğa ilə əlaqədar qubernator Stiv Bullok ştatın ərazisində fövqəladə vəziyyət elan edib.

Qubernator qərarının sentyabr ayında qəfil yağan güclü qar səbəbindən sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə verildiyini deyib.

Ştatın bəzi rayonlarında yağan qarın hündürlüyünün 100 sm olduğu qeyd edilir. Güclü qar ştatda elektrik təchizatında problemlər yaradıb, yollar bağlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31