Ərdoğan Ebruya təbrik məktubu göndərdi - FOTO
Ərdoğan Ebruya təbrik məktubu göndərdi - FOTO
29 Sentyabr 2019 12:53 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ailə quran aparıcı və keçmiş model Ebru Şallı ilə həyat yoldaşı, iş adamı Uğur Akkuşa təbrik məktubu göndərib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ebru məktubu sosial şəbəkədə paylaşaraq prezidentə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ebru ilə Uğurun Çırağan sarayında baş tutmuş toyuna Ərdoğan da dəvət edilmişdi. Ancaq o, toya qatıla bilməmişdi.
Ebru ərə getdikdən sonra ilk olaraq sosial şəbəkədə soyadını "Akkuş" olaraq dəyişib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31