Slovakiyaya məxsus "MiQ-29" qırıcısı qəzaya uğrayıb
Slovakiyaya məxsus "MiQ-29" qırıcısı qəzaya uğrayıb
29 Sentyabr 2019 12:46 DünyaSlovakiyanın Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcısı ölkənin qərbində, Nitryanskda, Zlate-Moravse şəhəri yaxınlığında qəzaya uğrayıb.
Bu barədə respublikanın Müdafiə Nazirliyinin nümayəndəsi Danka Sapakova bildirib.
"Zlate-Moravse şəhəri yaxınlığında "MiQ-29" qəzaya uğrayıb, pilot katapulta vasitəsilə xilas olub", - deyə o bildirib.
Qeyd edilir ki, təyyarə şənbə günü axşam, təlim uçuşu zamanı qəzaya uğrayıb. İkinci qırıcı isə yerə enib.
Hadisə yerinə ölkənin müdafiə naziri Peter Qaydoş gəlib. Pilotun taleyi hələlik naməlumdur.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31