Fransız qəhvə içməyə gəldi və 1 milyon avro qazandı

Fransız qəhvə içməyə gəldi və 1 milyon avro qazandı

Fransanın Kerchor şəhərinin sakini qəhvə içmək üçün kafeya daxil olub və orada "Euromillions" lotereya bileti alaraq 1 milyon avro qazanıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, şəhərin sakini bunları deyib "Gün çox pis başlamışdı. Mən qəhvə istədim, amma qəhvə maşını sınmışdı. Ən yaxın kafeyə getdim və eyni zamanda lotereya bileti də aldım. Həmin gün axşam bir SMS aldım və 1 milyon avro qazandım! Sevincdən qışqırdım... Bu çox yaxşı xəbər idi.

Qeyd edək ki, qalib gələn pula ev alacağını söyləyib. Həmçinin qalib gələn Yeni Zelandiyaya səyahət eləməyi planlaşdırır. "Bu qazanc mənim həyatımı yaxşılaşdıracaq, ancaq məni dəyişdirməyəcək" şəhər sakini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31