Turistlər üçün hicab sərbəstliyi: Səudiyyyədə daha bir qadağa götürüldü
Turistlər üçün hicab sərbəstliyi: Səudiyyyədə daha bir qadağa götürüldü
29 Sentyabr 2019 12:30 DünyaSəudiyyə Ərəbistanına gələn əcnəbi turistlər bundan sonra hicab geyinmək məcburiyyətində qalmayacaqlar.
Olaylar.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Turizm və Milli İrs Komissiyasının sədri Əhməd Əl-Katibin "Bloomberg"ə açıqlamasında qeyd olunub.
Onun sözlərinə görə, bununla bağlı qərar qarşıdakı günlərdə rəsmən açıqlanacaq.
Əl-Katib hicab sərbəstliyinin səudiyyəli qadınlar üçün də tətbiq olunma ehtimalından danışıb:
"Bu məsələni heç vaxt müzakirə etməmişik - buna ehtiyac olmayıb. Hicab bizim mədəniyyətimizin bir hissəsidir".
Qeyd edək ki, son illər Səudiyə Ərəbistanında xüsusilə, qadınlarla əlaqədar bir sıra qadağalar aradan qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31