Səudiyyə kralının ən yaxın adamı öldürüldü
Səudiyyə kralının ən yaxın adamı öldürüldü
29 Sentyabr 2019 12:20 DünyaSəudiyyə kralının ən yaxın mühafizəçilərindən olan general Əbdüləziz öldürülüb.
Olaylar.az xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı dövlət televiziyası yayıb. Generalın Ciddədə dostu ilə mübahisədən sonra vurularaq öldürüldüyü bildirilib.
Əbdüləzizin 2002-ci ildən bu yana kralın mühafizəsini həyata keçirdiyi və onun ən yaxın adamlarından biri olduğu vurğulanıb.
Generalın vəliəhd şahzadə Məhəmməd bin Salmanla münasibətlərinin normal olmadığı da qeyd edilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31