"Oğru həbsxanada olmalıdır, Maldiv adalarında yox" – Zelenski
"Oğru həbsxanada olmalıdır, Maldiv adalarında yox "– Zelenski
13 Sentyabr 2019 14:25 DünyaXoşbəxtlik oğrunu həbsxanada görməkdir, Maldiv adalarında yox.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
O, daha sonra deyib:
"Bizə nə qədər inanmırlarsa, bizdə bir o qədər yaxşı alınır. Bu, prezident seçkiləri zamanı da, deputat toxunulmazlığının ləğvi ilə də bağlı elə oldu. Korrupsiyanı aradan qaldırmaqla bağlı da elə olacaq".
Prezident Ukraynanın korrupsiyaya qalib gələcəyini və bunda günahı olanların məsuliyyətə cəlb ediləcəyini söyləyib.
Bu ilin avqustun əvvəlində Ukrayna Dövlət Təhqiqat Bürosu ölkənin keçmiş prezidenti Petro Poroşenkonun 2018-ci ildə Maldiv adalarına istirahətə getdiyi zaman dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi açıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31